UEFA Azərbaycan klublarının avrokubok matçları ilə bağlı qəribə qərar verib.
Qitə futbol qurumu 3 təmsilçimizin də ilk oyununun eyni gündə Bakıda keçirilməsi bağlı qərar verib.
Belə ki, avqustun 10-da Azərbaycan paytaxtında Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Sabah” “Partizan”ı, “Neftçi” “Beşiktaşı”, Avropa Liqasının 3-cü təsnifat mərhələsində isə “Qarabağ” HİK-i qəbul edəcək.
Lakin bundan əvvəl UEFA bir şəhərdə iki vacib görüşün keçirilməsini belə qəbul etmirdi.