Azərbaycanın MMA döyüşçüsü nokautla qələbə qazandı - video

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev növbəti qələbəsini qazanıb.

O, “Super Rizin 2” turnirində uğurlu çıxış edib.

71 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Yaponiyadakı “Saitama Super Arena”da baş tutan döyüşdə yerli Akira Okada ilə qarşılaşıb. O, ikinci raundda rəqibini nokaut edib.

Bu, T.Musayevin ümumilikdə 21-ci, nokautla 17-ci qələbəsi olub.

Bu gün, həmçinin, 66 kiloqramdakı Vüqar Kərəmov digər yapon döyüşçü Mikuru Asakura ilə görüşəcək.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ