“Qəbələ” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.
Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Kipr “Omoniya”sını qəbul edib.
Qəbələ şəhər stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 3:2.
Görüşdə hesabı Azərbaycan təmsilçisi açıb. 2-ci dəqiqədə Əyyub Əllaş topu rəqib qapısından keçirib. 45+1-ci dəqiqədə Roman Bezus cərimə zərbəsindən fərqlənməklə hesabı bərabərləşdirib. O, 50-ci dəqiqədə standart vəziyyəti növbəti dəfə dəqiq yerinə yetirib. 62-ci dəqiqədə Əyyub Əllaş özünün və “qırmızı-qaralar”ın ikinci qoluna imza atıb.
Bezus 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə het-trik müəllifi olub.
Cavab matçı bir həftə sonra Kiprdə olacaq. Cütün qalibi növbəti raundda “Midyuland” (Danimarka) - “Proqres” (Lüksemburq) duelinin güclüsü ilə üz-üzə gələcək.