Nazir ermənilərin Bakıdakı DÇ-də iştirakından danışdı

“Ermənilər nə zaman bura gəliblərsə, təhlükəsizlikləri təmin olunub”.

Bu sözləri gənclər və idman naziri Fərid Qayıbov deyib.

Nazir Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatında Ermənistan yığmasının iştirak üçün müraciət etməsindən danışıb:

“Müraciət ediblər və burada problem yoxdur. Biz digər ölkələr kimi onların da təhlükəsizliyin təmin etməyə hazırıq”.

Qeyd edək ki, dünya çempionatı 14 avqust – 3 sentyabr aralığında baş tutacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ