Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri müəyyənləşib

Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

“Sabah” II raundda Latviyanın RFŞ komandasını keçsə, Serbiya “Partizan”ı ilə qarşılaşacaq.

“Neftçi” II təsnifat mərhələsində Bosniya və Herseqovina “Jelezniçar”ını mübarizədən kənarlaşdırsa, “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün güclüsü ilə üz-üzə gələcək.

Nəhayət, “Qəbələ” Kipr “Omoniya”sını məğlub etsə, III raundda “Mityuland” (Danimarka) – “Proqres” (Lüksemburq) cütünün qalibinə rəqib olacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq. “Sabah” və “Qəbələ” ilk matçlarını evdə, “Neftçi” isə səfərdə keçirəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ