“Neftçi”nin prezidenti istefaya göndərildi

Kamran Quliyev “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti vəzifəsindən azad edilib.

Bu barədə “Neftçi” PFK-nın Mətbuat Xidməti məlumat yayıb.

2018-ci ildən kluba rəhbərlik edən Kamran Quliyevin rəhbərliyi dövründə “Neftçi” PFK ölkə çempionatlarında bir qızıl, üç gümüş, iki bürünc medal qazanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ