Azərbaycan millisi Ermənistan yığmasını darmadağın etdi

16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Kosovonun paytaxtı Priştinadakı Avropa çempionatında ikinci oyununu keçirib.

C Divizionunun B qrupunda yer alan kollektiv Ermənistanla üz-üzə gəlib. Qarşılaşma Azərbaycan millisinin möhtəşəm qələbəsi ilə başa çatıb - 92:58.

Xatırladaq ki, ilk oyunda Kiprlə üz-üzə gələn milli 51:65 hesabı ilə məğlub olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ