Zidanın “Real”da maaşı açıqlandı - FANTASTİK MƏBLƏĞ

İspaniyanın “El Confidencial” nəşri fransız məşqçi Zinəddin Zidanın Madridin “Real” klubu ilə bağladığı müqavilənin təfsilatlarını açıqlayıb.

 

Madridə geri dönən çalışdırıcının ilə 12 milyon avro alacağı bildirilir. Məlumata görə, bu məbləğ əlavə bonusların hesabına arta bilər.

 

Kral klubundan istefasına qədər Zidan ilə 7,5 milyon avro məvacib alırdı.

 

Xatırladaq ki, Z.Zidanın “Real” a baş məşqçi təyin olunması barədə xəbər martın 11-də təsdiqini tapıb.

 

Kral klubunu çalışdırdığı müddət ərzində “Real”a üç dəfə Çempionlar Liqası kuboku qazandırıb. Zidan klubun strukturunda 2014-cü ildən bəri çalışıb.

 

Əvvəl “Real”ın gənclər komandasının baş məşqçisi olub. 2016-cı ildə isə əsas heyətin başına gətirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ