Azərbaycanlı UFC-də amerikalını “boğdu” - video

Azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov qarışıq döyüş növləri üzrə ən nüfuzlu təşkilat olan UFC-də ikinci döyüşünü keçirib.

Las-Veqasda keçirilən “UFConESPN 49” (“UFCVegas 77”) turniri çərçivəsində 29 yaşlı yüngül çəkidə döyüşçümüz amerikalı Terrans Makkinsi ilə üz-üzə gəlib və 2-ci raundda boğma fəndi ilə qələbə qazanıb.

Hazırda Nazim Sadıxovun hesabında 9 qələbə və 1 məğlubiyyət var. Rəqibi 13 qələbə ilə altıncı məğlubiyyətini alıb.

Nazim Sadıxov UFC-yə daxil olmamışdan əvvəl təşkilatın prezidenti Dan Uaytın “Contender Series” adlı turnirində təsnifat mərhələsi adlanan görüş keçirib. Ötən ilin avqustunda o, əfqan Əhməd Suhail Həsənzadəni nokautla məğlub edib. Sadıxov bu ilin fevralında “UFC 219” çərçivəsində amerikalı Evan Elderə texniki nokautla qalib gəlib.

Nazim Sadıxov Moskvada anadan olub və ABŞ-da yaşayır. O, kikboksinq üzrə ikiqat ABŞ çempionudur.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ