Azərbaycan güləşçisi Rəşad Veysəlov Macarıstanın Kaposvar şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
“Qəbələ” idman klubunun idmançısı üçüncü yer üçün görüşdə erməni idmançı Papik Nersisyanla üz-üzə gəlib.
O, rəqibi üzərində 10:0-lıq təmiz qələbə qazanaraq bürünc medalı boynundan asıb.