Arda Güler “Real Madrid”ə keçdi

İspaniyanın “Real Madrid” klubu Türkiyə millisinin və “Fənərbağça”nın futbolçusu Arda Güleri heyətinə qatdığını bəyan edib.

Madrid təmsilçisi bu barədə rəsmi saytı vasitəsi ilə açıqlama yayıb.

“Kral klubu” iyulun 7-də 18 yaşlı yarımmüdafiəçinin təqdimat mərasiminin və mətbuat konfransının keçiriləcəyini bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ