Azərbaycanlı gənc ermənilərin bayraq təxribatının qarşısını aldı - video

Ermənilər yenə də Azərbaycan bayrağına münasibətdə təxribat törətmək, beləliklə münaqişə yaratmaq istəyiblər. Ancaq azərbaycanlı gəncin sayıqlığı sayəsində onların bu arzuları ürəklərində qalıb.

Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.

Kadrlar Batumidə karate üzrə keçirilən çempionatdandır. Görüntülərdə ermənilərin öz bayraqları ilə Azərbaycan bayrağını örtmək istədikləri görünür. Amma həmyerlimiz cəld onlara yaxınlaşaraq buna imkan vermir.

Videonun sonunda Ermənistan bayrağının ayaq altında olduğu görünür.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ