Rafael Ağayev “Karate Combat”da ABŞ idmançısına qalib gəldi - video

Azərbaycanın karate üzrə beşqat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev peşəkarların mübarizə apardıqları “Karate Combat” turnirində növbəti döyüşünü keçirib.

İdmançımız ABŞ-dən olan Coşua Kuayhagenlə qarşılaşıb.

Florida ştatının Mayami şəhərində baş tutan döyüş Ağayevin qələbəsi ilə başa çatıb. O, beş raunddan sonra qalib elan edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ