Parataekvondoçumuz Aynur Məmmədovaya yol-hərəkəti qaydalarını pozması ilə bağlı cərimə protokolu gəlib.
O, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Vaxt etdim və cəriməni ödəmək istəyəndə harada qayda pozduğuma baxdım. Protokola girib foto və videoya baxdıqda Bakı-Qazax yolunda “Mercedes” markalı sərnişin avtobusunu sürdüyümü görürəm. Bu da doğru, düzgün işləyən radarlar... Bunu paylaşmaqda məqsədim odur ki, cərimə gələn zaman foto-videoya baxmadan ödəniş etməyin”.
O qeyd edib ki, protokolda qeyd edilən maşın ona məxsus deyil, yalnız nömrə uyğun gəldiyi üçün cəriməni onun adına qeyd ediblər.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, texniki səhv olub:
“Artıq texniki yanlışlıq aradan qaldırılıb”.