Konfrans Liqası: Azərbaycan təmsilçilərinin rəqibləri məlum oldu

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkü atılıb.

Azərbaycan təmsilçilərinin də rəqibləri müəyyənləşib.

“Neftçi” “Jelezniçar” (Bosniya və Herseqovina) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. “Ağ-qaralar” ilk oyunu səfərdə keçirəcəklər.

“Qəbələ” Kipr təmsilçisi “Omoniya”ya rəqib olub. “Qırmızı-qaralar” ilk olaraq evdə meydana çıxacaqlar.

“Sabah” isə “Makedoniya GP” (Şimali Makedoniya) - RFS (Latviya) cütünün güclüsü ilə qarşılaşacaq. “Futuristlər” ilk oyunu səfərdə keçirəcəklər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ