"Qarabağ" Azərbaycan çempionu oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün qalibi müəyyənləşib.

Buta.media xəbər verir ki, "Qarabağ" ümumilikdə 7-ci, ardıcıl isə 5-ci çempionluğunu qazanıb.

Ağdam təmsilçisi buna XXVII turda öz meydanında "Səbail"i 3:0 hesabı ilə məğlub etməklə nail olub.

Qeyd edək ki, indiyədək 8 komanda qızıl medallara sahib olub və "Qarabağ" çempionluq sayında yalnız "Neftçi"dən geri qalır. Bakılılar 8, Ağdam klubu 7 dəfə yarışın qalibi olubsa, "Kəpəz"in 3, "Şəmkir", "Keşlə" ("İnter" adlandığı vaxt) və "Bakı"nın hərəyə 2, "Turan"la "Xəzər Lənkəran"ın hərəyə 1 çempionluğu var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ