Yunanıstan klubu Azərbaycan millisinin baş məşqçisini sosial şəbəkədə paylaşımlarına görə qovub

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ataman Güneyligil Yunanıstanın PAOK klubundan qovulub.

42 yaşlı mütəxəssislə müqaviləyə azarkeşlərin təzyiqlərinə görə xitam verilib.

Buna Güneyligilin şəxsi “Instagram” hesabından Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürklə bağlı paylaşımlar etməsi səbəb olub.

Qeyd edək ki, PAOK bir neçə gün öncə türkiyəli baş məşqçi ilə anlaşdığını açıqlamışdı. Azərbaycan Voleybol Federasiyası mütəxəssislə üç aylıq müqavilə imzalayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ