“Milan”ın hücumçusu Zlatan İbrahimoviç karyerasını başa vurduğunu açıqlayıb.
“Mən bütün ömrüm boyu milanlı olacağam. Təkcə sizinlə deyil, futbolla vidalaşmağın vaxtıdır”, - 41 yaşlı idmançı “Milan” komandasının “Verona” ilə oyunundan sonra deyib.
İyunun 3-də “Milan” İbrahimoviçin 2022/2023 mövsümünün sonunda klubdan ayrılacağını açıqlayıb.
İbrahimoviç 2020-ci ildə “Milan”a keçib. O, daha əvvəl 2010-2012-ci illərdə İtaliya klubunda çıxış edib. Hücumçu həmçinin “Ajaks”, “İnter”, “Yuventus”, “Barselona”, “Mançester Yunayted”, PSJ və İsveç milli komandasında oynaması ilə tanınır. İbrahimoviç milli komandanın tarixində ən çox qol vuran futbolçudur.