Mbappe topla azarkeşin burnunu sındırıb

“Paris Saint-Germain” klubunun fransalı hücumçusu Kilian Mbappe matçdan əvvəl isinmə hərəkətləri zamanı azarkeşin burnunu sındırıb. Bu barədə ESPN telekanalı “Twitter”də məlumat yayıb.

Fransa çempionatının 37-ci turunda “Strasburq”la görüş 1:1 hesabı ilə başa çatıb. Oyundan əvvəl hücumçu topu meydandan kənara çıxararaq tribunada oturan qızın üzünə zərbə endirib. Futbolçu dərhal yaxınlaşaraq azarkeşi həkimlərin kömək etdiyi yerə qədər müşayiət edib. Qeyd olunur ki, o, daha sonra pərəstişkarı ilə görüşüb və üzrxahlıq üçün ona nömrəsi olan köynəyi hədiyyə edib.

“Strasburq”la heç-heçə sayəsində PSJ 2022/2023 mövsümündə vaxtından əvvəl Liqa 1 çempionluğunu təmin edib. Bu titul parislilər üçün 11-ci olub ki, bu da Fransa çempionatında rekord nəticədir. Əvvəllər klub bu göstəricidə birinci yeri “Sent-Etyen”lə bölüşürdü – 10 qələbə.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ