Bakıdakı Formula-da lyuk insidentinə görə üzr istədilər: Gül ilə... - FOTO

Məşhur beynəlxalq Motorsport.com portalı Formula 1 üzrə Azərbaycan Qran Prisi haqqında bəzi məlumatlar üzə çıxarıb.

Xüsusilə, sayt oxuculara Bakı yarışının təşkilatçıları yürüş zamanı baş verən insidentlə əlaqədar “Williams” komandasından necə üzr istəməyindən yazıb. Xatırladaq ki, yürüşü zamanı “Williams” komandasının pilotu Corc Rasselin bolidi kanalizasiya lyukuna ilişib. Hadisə nəticəsində bolid zədələnib.

““Williams” üçünbu həftə sonu uğurlu deyil idi, - Motorsport yazır. - Bakıda komandanın başına gələnlər faciə idi. Corc Rasselin qəzası, yerli təşkilatçıların böyük bir qüsur idi. Və “Williams”, əlbəttə, zərərin kompensasiyası tələb edəcək”.

Təşkilatçılar çox qeyri-adi tərzdə komandadan üzr istəyiblər. Şənbə günü “Williams” üçün oteldə ətrafı yanmış kağız üzərində yazı və bir dəstə çiçək qoyulmuşdu.

“Bakı Şəhər Halqasının adından, bu hadisəyə görə üzr istəyirik. Biz köməyə və əməkdaşlığa hazırıq. Sizə uğurlar arzulayırıq. BŞH komandası”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ