Bu gün Bakıda futbol meydançalarından birinə İngiltərənin “Arsenal” futbol klubunun “Mxitaryan” yazılmış formasını geyinmiş bir nəfər çıxıb.
Məlum olub ki, təxribatı Ağalar Qəribov təşkil edib. O, Bakının Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, Turizm və Menecment Universiteti və s. kimi universitetlərdə dərs deyir.
Digər futbolsevərlərin niyə erməni futbolçunun adı yazılmış köynək geyindiyini soruşduqda, “filosof” kosmopolit olduğunu cavablandırıb. Opponentlərin Mxitaryanın açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxması, Qarabağ separatçılarını dəstəkləməsi barədə arqumentlərinə “filosof” ermənilərin onun üçün düşmən olmadığını deyib. Bundan başqa, o, əlavə edib ki, onun evdə başqa bir erməni futbolçunun – “Krasnodar” klubunun futbolçusu Eduard Spertsyanın adı yazılmış köynək var.
Qəribovun sözlərinə görə, bu köynəyi ona Rusiyada hədiyyə ediblər.