Azərbaycanda azarkeş qələbə qolunu vuran futbolçuya 100 manat verdi - video

“Qusar” komandası futbol üzrə Region Liqasının finalına yüksəlib.

Şimal təmsilçisi yarımfinalda Şərurun “Arpaçay” klubuna qalib gələrək (1:0), həlledici matçda oynamaq hüququ əldə edib.

Qarşılaşmadan sonra komandanın azarkeşlərindən biri futbolçularla görüşüb. Paltardəyişmə otağına gedən fanat qələbə qolunun müəllifi Tural Cəlilova 100 manat mükafat verib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ