Bu gün “Crystal Hall”da “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalı başa çatıb.
9-cu turda vahid lider, Azərbaycan şahmatçısı Maqomed Muradlı serb Aleksandr İnjiçlə qarşılaşıb.
Alexander İndjic ilə oyunun sonunda Maqomed breykə getdi və nəticədə məğlub olaraq 1-ci yerdən 5-ci yerə düşdü.
Baku Open 2023-ün qalibi isə hindistanlı Leon Luka Mendonka olub. O, 7 xal toplayıb və əlavə göstəricilərdə İnjiç və rusiyalı Vladislav Kovalyevi qabaqlayıb.
Əsas turnirdə 22 ölkədən 122 şahmatçı iştirak edib. Ümumilikdə festivalda 600-dən çox şahmatçı iştirak edib. Ümumi mükafat fondu 55 min dollardır.