“Barselona”nın kapitanı klubdan ayrılır

“Barselona”nın kapitanı Serxio Buskets mövsümün sonunda komandanı tərk edəcək. Bu barədə klubun rəsmi saytında məlumat verilib.

Kataloniya təmsilçisi yarımmüdafiəçinin bu qərarı təkbaşına verdiyini vurğulayıb. “Barselona”da oynamaq mənim üçün şərəf idi, amma hər şeyin sonu var”, - Buskets deyib.

“Barselona”nın yetirməsi olan 34 yaşlı yarımmüdafiəçi 2008-ci ildə klubun heyətində debüt edib. Buskets komandanın tarixində üçüncü ən çox oyun keçirən futboçudur - 718 matç.  Busketsin İspaniya çempionatında səkkiz, Çempionlar Liqasında üç qələbəsi var.

Yarımmüdafiəçi bu mövsüm “Barselona”nın heyətində bütün yarışlarda 39 oyuna çıxıb, dörd məhsuldar ötürmə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ