Fransanın PSJ futbol klubunun argentinalı hücumçusu Lionel Messi “Laureus World Sports Academy” tərəfindən 2022-ci ilin ən yaxşı idmançısı mükafatına layiq görülüb.
Mükafatlandırma mərasimi bazar ertəsi baş tutub.
Messi 2022-ci ildə karyerasında ilk dəfə dünya çempionu olub və Qətərdə keçirilən turnirin ən yaxşı oyunçusu seçilib. Mükafat uğrunda mübarizədə argentinalı komanda yoldaşı fransalı Kilian Mbappeni, ikiqat “Formula-1” çempionu niderlandlı Maks Verstappeni, ispan tennisçi Rafael Nadalı və amerikalı basketbolçu Stiven Karrini qabaqlayıb.
İlin ən yaxşı komandası isə futbol üzrə dünya çempionu adını qazanan Argentina seçməsi olub.