Ötən ay “Qarabağ-2”nin məşqinin əvvəlində isinmə hərəkətləri zamanı huşunu itirən Ağdam təmsilçisinin futbolçusu Şirxan Həsənzadə vəfat edib.
Məlumata görə, gənc futbolçu bu gün dünyasını dəyişib.
Qeyd edək ki, bir neçə gün əvvəl komandanın hazırlığında gözlənilmədən 20 yaşlı futbolçunun ürəyində problem yaranmışdı. Həsənzadə məşqçilərin və həkimlərin ilkin müdaxiləsindən sonra dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılmışdı.