Messi Səudiyyə Ərəbistanına səfərinə görə üzr istədi - video

“Paris Saint-Germain”in hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanına klubun icazəsi olmadan səfərinə görə üzr istəyib.

“Komanda yoldaşlarımdan və klubdan üzr istəmək üçün bu videonu çəkmək istədim. Düşündüm ki, oyundan sonra həmişə olduğu kimi bir gün istirahət edəcəyik. Səudiyyə Ərəbistanına səfərim təşkil olunmuşdu və onu ləğv edə bilmədim. Komanda yoldaşlarımdan üzr istəyirəm və klubun qərarını gözləyirəm”, - Messi İnstaqram səhifəsində yazıb.

Mayın 2-də Messinin Səudiyyə Ərəbistanına klubun baş məşqçisi Kristof Qaltyenin icazəsi olmadan getdiyi məlum olub. Qeyd olunub ki, “Loryen”dən gözlənilməz məğlubiyyətdən (1:3) sonra PSJ-nin məşqçilər korpusu futbolçular üçün əvvəlcədən planlaşdırılan istirahət gününü ləğv edib və mayın 1-i bazar ertəsi məşq təyin edib, lakin Messi məşqə gəlməyib.

Argentinalı futbolçu Səudiyyə Ərəbistanına ölkənin turizm səfiri kimi səfər edib. Bunun üçün o, ildə 30 milyon dollardan çox qazanır.

PSJ Messini iki həftəlik diskvalifikasiya edib.

Messi bu mövsüm PSJ-nin heyətində 36 oyunda 20 qol vurub və 19 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ