Həbs edilən məşqçinin paylaşımı gündəm oldu - foto

Bir neçə gün əvvəl Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarovun idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində ölməsi ilə bağlı görüntülər yayılıb.

Bu görüntülər qısa zamanda cəmiyyətdə şok effekti yaradıb. Hadisəni törətməkdə təqsirləndirilən Mehman Xəlilov isə həbs olunub.

Ötən gün azyaşlının anası və xalası həmin məşqçinin narkotik istifadəçisi olduğunu iddia edib. 

Mehman Xəlilovun sosial şəbəkə hesablarına nəzər saldıqda, onun narkotik vasitələrlə bağlı paylaşımları diqqət çəkir.

Belə ki, o, İnstaqram səhifəsində üzərində “Nəşənin mənə ziyan olduğunu dedilər, güldüm və dedim ki, ziyan olsaydı, bu qədər güldürməzdi məni”, “Dərdimi sənə danışsam, otla oturub, iynə ilə durarsan" yazıları olan fotolar paylaşıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ