Ofsayd xətti əyri çəkildi: Azərbaycan çempionatında biabırçı qərar - video

Azərbaycan Premyer Liqasının 32-ci turunda baş tutan “Zirə” – “Turan Tovuz” oyunu qalmaqalla yadda qalıb.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın 39-cu dəqiqəsində meydan sahibləri qol vursa da, baş hakim Rauf Cabbarov ofsayd qərarı verib. 

Lakin epizodun təkrarında ofsaydın olmadığı aşkar görünür. Maraqlıdır ki, buna baxmayaraq referi VAR-da təkrara baxmır və qərarı qüvvədə saxlayır. 

Daha bir maraqlı məqam odur ki, həmin epizodda VAR tərəfindən ofsayd xətti əyri çəkilir. Bu da etirazlara səbəb olub.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da oyundan sonra epizod barədə danışıb: “Qolun niyə sayılmadığını bilmirəm. Ofsayd xətti əyri çəkilmişdi. Bunun bir izahın versələr, yaxşı olar. Hakimlərin qərarı anlaşılmazdır”. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ