Futbol üzrə yığma komandamızın sabiq üzvü Araz Abdullayev növbəti xoşagəlməz hadisəyə qarışıb. Avtomobil dayanacağında işləyən bir nəfər “Tik Tok”da canlı yayımda ikən Arazla mübahisəsi düşüb.
Kadrlardan da görünür ki, futbolçu uşağı təhqir edir və vurur. Hadisənin harda və hansı səbəbdən baş verdiyi məlum deyil.
Daha sonra A.Abdullayev öz İnstagram səhifəsində həmin uşaqla fotosunu paylaşıb, hər şeyin yoluna qoyduğunu və ona forma hədiyyə etdiyini yazıb.