Kasparovun ikiüzlüyü

Dissident şahmatçı Harri Kasparov rusiyalı videobloqer Yuri Duda müsahibəsində bildirib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev “onun üçün demək olar ki, heç nə etməyib”.

“Əliyevin mənim üçün etdiyi yeganə şey Karpovla oynamaq imkanı yaratması idi. Əslində, Əliyevin bütün köməyi o idi ki, mənə Karpovla oynamaq üçün fiziki imkan verildi”, – Kasparov bildirib.

Bu arada 2022-ci ildə ukraynalı jurnalist Dmitri Qordona müsahibə verən Kasparov tamamilə əksini deyib və Heydər Əliyevin himayəsindən danışıb: 

“Heydər Əliyev mənə himayədarlıq edirdi. İlk dəfə o, məni və anamı 1979-cu ildə qəbul etdi, Banja Lukada ilk böyük uğurumu qazandım. Əliyev Bakıdakı erməni-yəhudi qanından olan oğlanın dəstək almasını çox vacib hesab edirdi. Əliyevin 1979-cu ildən 1985-ci ilə qədər etdiyi bütün yardımlar mənim üçün qalxan kimi olub. Bilirsiniz, müdafiə deməkdir. Çünki sovet sistemi Rusiya çempionunu bakılı mestizoya dəyişməkdə maraqlı deyildi. 1982-ci ildə Moskvada çıxış etdim. Sonra Belyavski ilə oyun oldu, sonra Korçnoyla, məni diskvalifikasiya etməyə çalışadılar. Və yenə də Əliyevin müdaxiləsi kömək etdi...”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ