"Tula" - Güləşçimiz azarkeşi təhqir etdi

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında macar rəqibinə 0-9 hesabı ilə uduzan yunan-Roma güləşçimiz Sənan Süleymanovla azarkeşlərdən biri arasında qalmaqal yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Güləş Federasiyası Sənan Süleymanovun rəqibinə uduzması ilə bağlı paylaşım edib.

İzləyicilərdən biri həmin paylaşımın şərh bölməsinə “macar güləşçi Sənan Süleymanovu meşok kimi ora-bura atdı “ sözlərini yazıb.

Güləşçinin də buna cavabı gecikməyib. O, həmin azarkeşə “Meşok sənsən, tula, bilib-bilmədən oradan danışma”, - deyə cavab verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ