“Barselona”nın prezidenti Xuan Laporta PSJ-nin hücumçusu Lionel Messinin Kataloniya klubuna qayıdacağını açıqlayıb.
Klub rəhbəri bu barədə İspaniya La Liqasının XXIX turunda “Xetafe” ilə matçdan öncə azarkeşlərlə görüşərkən bildirib. Fanatlardan biri ondan Messinin qayıdıb-qayıtmayacağını soruşub. Funksioner qısa cavab verib: “Bəli”.
Sözügedən hadisənin videosu sosial şəbəkələrdə yayılıb.
Messi 2004-2021-ci illərdə “Barselona”da oynadıqdan sonra azad agent kimi PSJ-yə keçib. Argentinalı forvardın Paris klubu ilə müqaviləsi mövsümün sonuna qədərdir.
“Xetafe” - “Barselona” oyunu qolsuz bərabərliklə başa çatıb.