İrəvanda Azərbaycana qarşı növbəti təxribat - foto

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycana qarşı növbəti təxribat törədilib.

Vandallar bu dəfə Azərbaycan və Türkiyə bayraqlarını kəsiblər.

Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandal bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb.

Gənclər və idman naziri Fərid Qayıbov Ermənistanın idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etməli olmasına baxmayaraq, onların mehmanxanadan buraxılmadığını bildirib.

Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bu gün birgə bəyanat yayaraq idmançılarımızın təhlükəsiz şəraitdə Vətənə qaytarılmasını qarşı tərəfdən tələb ediblər. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ