SOCAR-ın yüksək vəzifəli şəxsi Adnan Əhmədzadə PSJ və Argentina millisinin üzvü Lionel Messi ilə görüşüb.
O, ulduz futbolçunun evində qonaq olub. A. Əhmədzadə bu barədə instaqram hesabında paylaşım edib.
Xatırladaq ki, bir müddət öncə Adnan Əhmədzadənin SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidenti müavini vəzifəsindən göndərildiyi barədə xəbər yayılmışdı. Onun hazırda şirkətdə hansı yüksək vəzifəni tutduğu barədə isə ictimaiyyətdə məlumat yoxdur.
Qeyd edək ki, Adnan Əhmədzadəni instaqramda izləyənlər arasında Lionel Messi də var.