Ronaldo Simeoneyə belə cavab verdi – VİDEO

UEFA Çempionlar Liqasında növbəti 1/4 finalçının adına aydınlıq gəlib.

 

Madriddə 0:2 hesabı ilə uduzmuş İtaliya çempionu “Yuventus” Turində inanılmaz görünən şeyi bacarıb.

 

Belə ki, Massimiliano Alleqrinin komandası 3:0 qalib gələrək 1/4 finala vəsiqə qazanan növbəti komanda olub. Hər üç qolu Kriştyanu Ronaldu rəqib qapısından keçirib.

 

Qeyd edək ki, “Atletiko” üzərində 3:0 hesablı qələbə qazanan “Yuventus”un ulduzu Kriştianu Ronaldo qeyri-etik jesti ilə də yadda qalıb. Portuqaliyalı futbolçu hərəkəti ilə rəqibin baş məşqçisi Dieqo Simeoneyə cavab verib. 

 

Kriştianu Simeonenin ilk matçda etdiyi hərəkətin eynisini edib. 

 

Xatırladaq ki, Dieqo Simeone Madriddə keçirilən və 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra üzünü azarkeşlərə tutaraq qeyri-etik jest etmişdi. Matçdan sonra o bildirmişdi ki, bu hərəkətlər azarkeşlərə “yumurtalarımız var” demək üçün göstərmişəm. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ