Cavid Qurbanov bu vəzifəsini itiridi

Azərbaycan Voleybol Federasiyasında prezident dəyişikliyi olacaq.

Oxu.Az xəbər verir ki, Cavid Qurbanov postundan gedəcək. Bir müddət əvvəl Azərbaycan Atletika Federasiyasına prezident seçilən C.Qurbanovun hüquqi cəhətdən iki federasiyaya rəhbərlik etməsi doğru deyil. Bu səbəbdən o, postlarından birini təhvil verməli olacaq.

Cavid Qurbanovu kimin əvəzləyəcəyi də bəllidir. Kuluarlarda gəzən söhbətlərə görə, Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov olacaq.

Azərbaycan Voleybol Federasiyasından bildirilib ki, gün ərzində məsələyə aydınlıq gəlməlidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ