Bakıdakı “Formula-1”də dramatik anlar - VİDEO

Azərbaycan Qran-Prisində “Formula-1”də sərbəst yürüş zamanı qəza keçirən “Williams” komandasının pilotu Corc Rassellin bolidi kanalizasiya lyukuna ilişib. 

Buta.media-nın məlumatına görə, bundan sonra bolidi aparan evakuasiya maşınının kranı yerüstü piyada keçidinə dəyib.

Nəticədə keçid zədələnib.

Kran isə qırılıb və ondan axan yağ bolidin üzərinə tökülüb.

Yekunda Corc Rasselin bolidini boksa ikinci kranla gətirmək mümkün olub.

Qeyd edək ki, bu qəza səbəbindən sərbəst yürüş yarımçıq saxlanılıb və ləğv olunub. Buna FIA qərar verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ