İkardi Azərbaycana təşəkkür etdi

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Mauro İkardi Bakıda “Qarabağ”a qarşı keçirdikləri xeyriyyə oyunundan sonra Azərbaycana təşəkkürünü bildirib.

Argentinalı hücumçu bununla bağlı “Instagram” hesabında paylaşım edib.

“Zəlzələdən zərərçəkənlərə yardım üçün təşkil edilmiş bu oyuna görə Azərbaycana təşəkkür edirəm. İştirak edən hər kəsə minnətdaram”, - deyə İkardi yazıb.

Bakı Olimpiya Stadionunda keçirilmiş sözügedən oyunda “Qalatasaray” 2:1 hesabı ilə qalib gəlib. İstanbulluların qələbə qolunu penaltidən İkardi vurub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ