Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atıldı - cütlər

Çempionlar Liqasında 1/4 final mərhələsinin cütləri məlum olub. Bu barədə UEFA-nın saytında məlumat verilib.

Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub. Real Madrid “Çelsi” ilə, “İnter” “Benfika” ilə qarşılaşacaq. “Mançester Siti” 1/4 finalda “Bavariya” ilə, “Napoli” isə “Milan”la üz-üzə gələcək.

2022/2023 mövsümünün Çempionlar Liqasının finalı İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək. Oyun iyunun 10-da baş tutacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ