Tofiq Musayev rusiyalı ilə döyüşdə iki qabırğasını sındırıb - video

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev rusiyalı Aleksandr Şabliy ilə döyüş zamanı iki qabırğasını sındırıb.

“Bellator” Qran Prisinin 1/4 finalı  çərçivəsində keçirilən döyüş Rusiya təmsilçisinin üçüncü raundda texniki nokautla qələbəsi ilə başa çatıb.

Bu gün 5 raundluq döyüşün vaxtından əvvəl başa çatmasının səbəbi məlum olub. Belə ki, döyüş zamanı Şabliy ayağı ilə Musayevin bədəninə zərbə endirib. Hakimlər zərbənin qaraciyər ətrafına dəydiyindən döyüşü saxlamayıblar. Musayev daha sonra özü döyüşü dayandırıb və texniki nokautla məğlubiyyət alıb..

Daha sonra “Bellator” şirkətinin rəhbəri Skott Koker bildirib ki, Şabliyanın son zərbəsi zamanı azərbaycanlı döyüşçü iki qabırğasını sındırıb. Musayevinsağalma dövrünün nə qədər davam edəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, bu, Tofiq Musayevin “Bellator” çərçivəsində ilk məğlubiyyətidir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ