Bakıda təşkil edilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan təmsilçisi Nikita Simonov çempion olub.
27 yaşlı idmançı halqalarla ən yaxşı nəticəyə imza atıb.
Təsnifatda hamını qabaqlayan Simonov finalda da parlaq göstərici ilə diqqət çəkib. O, 14.633 xal toplayaraq Dünya Kubokunun qalibi olub.
İranlı Mahdi Ahmad Kohani 14.500 xalla ikinci, avstriyalı Vinzenz Hek isə 14.433 xalla üçüncü yeri tutub.
Qeyd edək ki, idman gimnastikası üzrə Dünya Kubokuna martın 12-də yekun vurulacaq.