“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov fotoqraf Elmir Kərimovun klubdan ayrılmasına münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, o, məsələnin dəqiqləşdirilməli olduğunu deyib:
“Xəbəri sosial şəbəkələrdə gördüm. Onun xətrini çox istəyirdi hər kəs. Birdən-birə belə məsələnin ortaya çıxmasına təəccübləndim. Söhbət 50 manatda deyil. Çünki “Qarabağ”da həmişə imkansızlara dəstək olub. Fikrimcə, anlaşılmazlıq olub. Mən bildiyimə görə, klub tərəfindən ciddi problem olmayıb. Bəzən jurnalistlə və ya başqa kimsə ilə anlaşılmazlıqlar olur”.