Messi 2022-ci ilin ən yaxşı futbolçusu seçilib

Beynəlxalq Futbol Federasiyası (FİFA) 2022-ci ilin ən yaxşı futbolçularının adını açıqlayıb. “The Best FIFA Football Awards” mərasimi təşkilatın saytında yayımlanıb.

Argentinalı hücumçu Lionel Messi ilin ən yaxşı futbolçusu seçilib. İlin ən yaxşı qapıçısı mükafatı daha bir argentinalı - Emiliano Martinezə verilib. Ən yaxşı məşqçi adını Argentinanın baş məşqçisi Lionel Skaloni alıb.

Dekabrda Messi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının ən yaxşı oyunçusu seçilib. Cəmi yeddi oyunda argentinalı yeddi qol vurub və üç məhsuldar ötürmə edib.

Dünya Kubokunun finalında Argentina millisi Fransanı məğlub edərək tarixində üçüncü dəfə kuboku qazanıb. Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda komandalar daha bir qol vurub. Penaltilər seriyasında Argentina güclü olub - 4:2.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ