Azərbaycan millisinin sabiq futbolçusunu təpiklədilər

Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu naməlum şəxslər tərəfindən döyülməsinə aydınlıq gətirib.

Buta.media-nın məlumatına görə, 34 yaşlı veteran müdafiəçi bu barədə “facebook” hesabında yazıb. 

O, hadisənin evinin yaxınlığında baş verdiyini bildirib:

Təəssüflər olsun ki,haqqımda yayılan “son xəbərlər” hardasa doğrudur.Hadisə belə olmuşdur.Şənbə günü,axşam saatlarında yaşadığım evin yaxınlığındakı mağazadan alış-veriş etmək üçün maşını saxladım,park etdikdən sonra maşından düşüb kurtkamı geyinmək istərkən iki nəfər mənim yanımdan keçirdı. Qaranlıq olduğundan sifətlərini görmədim.

Biri mənə nəsə dedı və yanımdan maşınımın yanına keçdi,o biri isə qarşımda dayandı. Bu vaxt boynumdan küt bir zərbə hiss etdim,səndələdim, geri dönmək istədikdə isə qarşımda daysnan mənə tərəf təpik atdı və əlimdəki pul kisəsini əlimdən qapmağa çalışdı.

Mən də müqavimət göstərməyə çalışdım,bu vaxt bizə tərəf gələn bir maşının işıqları üstümüzə düşüncə hərəsi bir tərəfə qaçıb uzaqlaşdılar. Ciddi bir xəsarət almadım,heç yerə müraciət etmədim və heç kəsdən də şikayətçi olmadım. Nə etmək olar,bu həyatdır. Arayıb maraqlandıqları üçün hər kəsə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki,bir də belə şeylər başıma gəlməz,inşallah!Çünki,cəmiyyətimizdə idmançılara qarşı bir qarşılıqlı sayğı vardır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ