İlk döyüş: Azərbaycanlı UFC-də amerikalıya qalib gəldi - video

Azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov UFC-də ilk döyüşünü keçirib.

Onun “UFC Fight Night 209”dakı rəqibi amerikalı Evan Elder olub. Yüngül çəkidə (70 kq) keçirilən döyüş Sadıxovun üçüncü raundda texniki nokautla qələbəsi ilə başa çatıb. 

Bu, 28 yaşlı Nazim Sadıxov üçün peşəkar karyerasında 9-cu döyüş olub. O, səkkiz qələbə qazanıb, bir məğlubiyyətlə üzləşib. Sadıxovun rəqibi - 25 yaşlı Evan Elder - hazırda yeddi qələbə ilə iki məğlubiyyətə malikdir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ