Rusiyalı qarışıq döyüş növrlə (MMA) idmançısı Fyodr Yemelyanenko “Bellator”da ən ağır çəkidə titul uğrunda amerikalı Rayan Beyderə uduzub.
Görüş fevralın 4-dən 5-nə keçən gecə Los-Ancelesdə “Bellator 290” turniri çərçivəsində baş tutub.
Cəmi 2 dəqiqə 39 saniyə davam edən döyüş birinci raundda Yemelyanenkonun nokautu ilə başa çatıb.
Bu, 46 yaşlı rusiyalının karyerasında son görüş olub. Matçdan sonra o, karyerasını başa vurduğunu rəsmən elan edib və əlcəklərini oktaqonda qoyub.
Qeyd edək ki, əfsanəvi rusiyalı idmançının hesabında ümumilikdə 48 döyüş olub. O, bunların 40-da qələbə qazanıb, 8 dəfə isə məğlub olub.