Messi DÇ-2022-nin finalından sonra Mbappe ilə münasibətlərindən danışıb

Fransanın PSJ klubunun argentinalı hücumçusu Lionel Messi DÇ-2022 finalından sonra komanda yoldaşı Kilian Mbappe ilə münasibətindən danışıb. Onun sözlərini Ole nəşri sitat gətirib.

Messi Argentinadakı oyun və bayram haqqında danışıb.

“Uduzan biri ilə final haqda danışmaq çətindir? Buna diqqət yetirmək, final mövzusunu qaldırmaq belə istəmirəm. Mən özüm də digər tərəfdə olmuşam, dünya çempionatının finalında uduzmuşam və həmin matç haqqında heç nə bilmək istəmirdim. Mən də Dünya Kuboku ilə bağlı heç bir şeyi müzakirə etmək istəmədim”, - Messi deyib və Mbappe ilə heç bir probleminin olmadığını etiraf edib.

Argentina millisinin kapitanı olan Messi Qətərdə keçirilən Dünya Kubokunun finalında Fransa yığmasını məğlub edərək tarixdə üçüncü dəfə kuboku qazanıb. Əsas vaxt 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda komandalar daha bir qol vurub. Penaltilər seriyasında Argentina daha güclü olub - 4:2.

Beynəlxalq Futbol Federasiyası Messini turnirin ən yaxşı oyunçusu kimi tanıyıb. Yeddi matçda 8 qol vuran Mbappe bombardir olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ