İtaliyalı futbolçu Canluka Vialli dünyasını dəyişib

İtaliyalı futbolçu və məşqçi Canluka Vialli mədəaltı vəzi xərçəngindən dünyasını dəyişib. Diaqnoz 5 il əvvəl qoyulub, bundan sonra Vialli 17 aylıq kimyaterapiya kursu keçib. Daha sonra keçmiş idmançı xərçəngə qalib gəldiyini, lakin 2021-ci ildə xəstəliyin geri qayıtdığını açıqlayıb. 2022-ci ilin sonunda vəziyyəti onun pisləşib və həyatının son günlərini xəstəxanada keçirib.

Canluka Vialli “Yuventus”, “Çelsi”, “Sampdoriya” və “Kremonese” klublarında çıxış edib. Vialli İtaliya yığmasında 59 oyun keçirib, 1990-cı il Dünya Kubokunda və 1988-ci ildə Avropa Çempionatında bürünc medal qazanıb. 

“Çelsi”nin heyətində Vialli İngiltərə Kubokunu, eləcə də Kuboklar Kubokunu qazanıb. “Yuventus” heyətində italiyalı hücumçu Çempionlar Liqasının qalibi olub.

“Çelsi”də Vialli bir neçə il məşqçi və oyunçu vəzifələrini eyni vaxtda icra edib. Bu, futbol tarixində nadir hallardan biridir.

2022-ci il dekabrın ortalarında Vialli xərçənglə mübarizəyə diqqət yetirmək üçün İtaliya millisindəki inzibati vəzifəsindən istefa verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ