Ronaldu “Əl-Nəsr”-də - VİDEO

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu “Əl Nəsr”in stadionunda keçirilən təqdimat mərasimi ilə klubun azarkeşləri və Səudiyyə Ərəbistanı idman ictimaiyyətinə təqdim edilib. 37 yaşlı oyunçu tədbirə ailəsilə qatılıb.

Mərasim öz təntənəliliyi ilə seçilib və komandanın “YouTube” kanalı vasitəsilə canlı yayımlanıb.

Kriş ərəb azarkeşlərin gurultulu alqış sədaları altında meydançaya daxil olub. Bundan bir qədər öncəki açıqlamasında isə o, Avropada artıq işinin bitdiyini dilə gətirib.

Qeyd edək ki, portuqaliyalı Səudiyyə Ərəbistanı klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ